Bank Of Baku

Konqresmen: “ABŞ Konqresi Türkiyəni cəzalandırmamalı, əksinə dəstəkləməli və mükafatlandırmalıdır”

Konqresmen: “ABŞ Konqresi Türkiyəni cəzalandırmamalı, əksinə dəstəkləməli və mükafatlandırmalıdır”
# 08 iyul 2011 11:45 (UTC +04:00)
“Biz nəzərə almalıyıq ki, illərlə davam edən düşmənçilik və təcriddən sonra Türkiyə və Ermənistan barışıq üçün addımlar atıblar. Regionda güclü iqtisadi inkişafın hər iki ölkədə yoxsulluq və sosial marginallaşmanın azaldılması üçün şərait yaratdığı bir dövrdə ABŞ Konqresinin arzuolunmaz müdaxiləsi prosesi dayandıra bilər”, - deyə konqresmen 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması üçün ermənilərin yeni cəhdləri ilə bağlı diaspor üzvlərinə ünvanladığı məktubda bildirib.

Konqresmenin ofisindən APA-nın Vaşinqton müxbirinin verilən məlumata görə, C. Moran qeyd edib ki, ABŞ Konqresi Türkiyə hökumətinin yürütdüyü siyasətin Aralıq dənizi regionunda və bütün dünyada müsbət əlaqələrə öz töhfəsini verdiyini nəzərə almalıdır.

“Türkiyənin NATO-ya böyük töhfələri, Liviyada böhran zamanı diplomatik dəstəyi, iğtişaşlardan qaçan minlərlə suriyalıya göstərdiyi qonaqpərvərlik bu ölkənin dünya miqyaslı məsələlərdə müsbət rol oynadığını göstərir. Türkiyə ABŞ Konqresi tərəfindən cəzalandırılmamalı, əksinə dəstəklənməli və mükafatlandırılmalıdır”, - deyə o bildirib.

Konqresmen Türkiyəni müasirləşən ölkə adlandırıb: “Türkiyə cəmiyyətində yeni fikirlər səsləndirilir, bunlar ölkəyə Osmanlı dövrünün qaranlıq dövrü ilə daha dərindən məşğul olmağa yardımçı olur. Bu, həssas prosesdir. Bu cür qətnamələrin qəbulu isə həmin prosesi korlaya bilər”, - deyə konqresmen vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR