Bank Of Baku

DAK-ın Güney Azərbaycan nümayəndəliyi yaradılıb - FOTO

DAK-ın Güney Azərbaycan nümayəndəliyi yaradılıb - <font color=red>FOTO</font>
# 09 iyul 2011 10:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyi yaradılıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviznianın sərəncamı ilə Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli soydaşımız Babək Muğanlı DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib. Məqsəd DAK-ın Güney Azərbaycanla bağlı fəaliyyətini daha da genişləndirməkdir.

Məlumatda o da bildirilib ki, əsl adı Şahdust Hacı oğlu Mirzayi olan Babək Muğanlı 1965-ci ildə Güney Azərbaycanın Ərdəbil vilayətinin Muğan (sonradan dəyişdirilərək Parsabad qoyulub) şəhərində anadan olub. 1988-ci il Güney Azərbaycanda Qarabağa Dəstək Komitəsi yaranan vaxt onun fəal üzvlərindən biri olub. 1990-cı ildə Bakıya gəlib və Azərbaycan Respublikasında Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda açıq və geniş fəaliyyətə başlayıb. 1994-cü ildən Güney Azərbaycanda Babəkin doğum günü ilə əlaqədar iyulun ilk ongünlüyündə Bəzz qalasına həyata keçirilən yürüşün təşkilatçılarından biri olub. Azərbaycanlıların milli-mədəni haqları uğrunda mübarizə apardığı üçün dəfələrlə həbsdə yatıb. 1996-cı ildə Muğanı tərk etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR