Bank Of Baku

DAK-da yeni təyinatlar olub - FOTO

DAK-da yeni təyinatlar olub    - <font color=red>FOTO</font>
# 12 iyul 2011 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresində (DAK) yeni təyinatlar olub. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia Tahir Hacıyevin DAK-ın Rusiya Federasiyası üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Bundan əlavə, konqresin işini gücləndirmək məqsədi ilə DAK-ın İcra Aparatının təşkil edilməsi və Oqtay Ağaəli oğlu Hümbətlinin həmin qurumun rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Oqtay Hümbətli Azərbaycan Texniki Universitetinin müəllimidir, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olub. Bu ilin fevralından DAK-a üzv qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR