Bank Of Baku

ABŞ-dakı Azərbaycan və türk diasporları konqresdə Türkiyə əleyhinə irəli sürülmüş irqçi iddialara etiraz olaraq kampaniyaya başlayıb

ABŞ-dakı Azərbaycan və türk diasporları konqresdə Türkiyə əleyhinə irəli sürülmüş irqçi iddialara etiraz olaraq kampaniyaya başlayıb
# 19 iyul 2011 08:39 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, konqresmenlər Hovard Berman və Edvard Roys tərəfindən təqdim olunmuş 306 saylı qətnamə ilə bağlı iki gündən sonra Xarici Əlaqələr Komitəsində səsvermə keçiriləcək. Qətnamədə türklər xristian dini irsini qəsdən dağıtmaqda günahlandırılırlar.

“Bu qətnamə heç bir hüquqi, tarixi və ya faktiki əsas olmadan xüsusi etnik qrupların ortaya atdığı türkofobiyanı qanuniləşdirmək məqsədi daşıyan cəhddir”, - deyə diaspor liderləri bildirilər. Onlar konqresmenləri iyulun 20-də keçiriləcək səsvermədə 306 saylı qətnamənin əleyhinə səs verməyə, yerli medianı isə xüsusi maraqlara xidmət edən qanun layihəsinin əsl mahiyyətini açıqlamağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR