Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması ABŞ prezidentinə, Dövlət Departamentinə və Fransa prezidentinə müraciət edib

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması ABŞ prezidentinə, Dövlət Departamentinə və Fransa prezidentinə müraciət edib
# 21 iyul 2011 09:12 (UTC +04:00)
Bu barədə APA-ya BƏƏ Azərbaycan İcmasının rəhbəri Samir İmanov məlumat verib. Məktubda ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətlər, xüsusilə də Tovuz rayonunda ermənilərin çayla axıtdığı partlayıcı qurğu qoşulmuş oyuncağın partlaması nəticəsində 13 yaşlı qızın həlak olması, Ağdam rayon sakini 9 yaşlı uşaq Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi xatırlanıb: «Neçə uşaq və günahsız insanlar ölməlidir ki, ABŞ və Avropa ölkələrinin hökumətləri erməni siyasətinin terrorçu və fanatik siyasət olmasını anlasın? Biz ərəb ölkələrində yaşayan Azərbaycan icması erməni terrorçularının qeyri-insani yolla 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirməsini qəti şəkildə pisləyirik».

Məktubda ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən terror əməllərinin və təcavüzün dayandırılmasında Ermənistana təzyiq göstərməyi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR