Bank Of Baku

Böyük Britaniya Mühafizəkarlar Partiyasının Britaniya-Azərbaycan Dostluq Qrupunun üzvləri Azərbaycanda səfərdədir

Böyük Britaniya Mühafizəkarlar Partiyasının Britaniya-Azərbaycan Dostluq Qrupunun üzvləri Azərbaycanda səfərdədir
# 24 iyul 2011 10:14 (UTC +04:00)
AAC-dan APA-ya verilən məlumata görə, səfərdə Qrupu Kristofer Pinçer, Viskount Ekles, Baronessa Ekles, Stefan Mosley və Qraham Bredidən ibarət nümayəndə heyəti təmsil edir. İyulun 22-də başlayan, iyulun 27-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının icra və qanunvericilik hakimiyyətlərinin təmsilçiləri, o cümlədən, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Görüşlər zamanı Böyük Britaniya-Azərbaycan əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Britaniya ictimaiyyətinə və siyasi dairələrinə çatdırılması mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın tarixi yerlərində, o cümlədən Şəki şəhərində də olacaq, orda məskunlaşmış məcburi köçkünlərlə görüşəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlarla daha yaxından tanış olacaq.

Qeyd edək ki, Böyük Britaniya Mühafizəkarlar Partiyasının Britaniya-Azərbaycan Dostluq Qrupu AAC-ın təşəbbüsü ilə yaradılıb və sözügedən partiyanın 2010-cu ildə keçirilmiş konfransında rəsmən təsis edilib. Qrupun yaradılmasında məqsəd Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi, siyasi, iqtisadi, ictimai və mədəni əlaqələrin genişləndirilməsidir.

Yarandığı dövrdən Qrup üzvlərinin Azərbaycana səfərləri həyata keçirilib, səfər barədə Böyük Britaniya parlamenti üçün parlamentarilərin hazırladığı hesabatlarda ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR