Bank Of Baku

Gürcüstanda Borçalı türklərinin III “Elat Mədəniyyəti bayramı” keçirilib - FOTO

Gürcüstanda Borçalı türklərinin III “Elat Mədəniyyəti bayramı” keçirilib - <font color=red>FOTO</font>
# 27 iyul 2011 07:33 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında Borçalı türklərinin III “Elat Mədəniyyəti bayramı” keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Azərbaycandan, Türkiyədən, Rusiyadan, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdən qonaqlar qatılıblar. Tədbir başlamamışdan öncə keçən il Armudlu gölündə boğulan, sambo üzrə Azərbaycan çempionu, Avropa birinciliyinin bürünc mükafatçısı Mikayıl Orucovun xatirəsinə ucaldılan abidə önündə onun xatirəsi yad edilib. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tədbirin gürcü və Azərbaycan xalqı arasında dostluq körpüsü rolunu oynadığını bildirib: “Bu gün birlik bayramıdır. Bayramda gürcülər və azərbaycanlılar iştirak edir. “Borçalı” Cəmiyyətinin onlarla gürcü üzvü var. Hər iki ölkə separatizmdən əziyyət çəkir. Gürcüstanla Azərbaycan bir olmalı, bir-birini dəyərləndirməlidirlər. Biz Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü təmin edəcəyik. Gürcülər və Azərbaycan türkləri həmişə bir-birlərinə hörmətlə yanaşıb, bütün zamanların ağrı-acısına bərabər sinə gəriblər”. Z. Məmmədli çıxışında azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda qədim kənd adlarının dəyişdirilməsinə etiraz edib: “Kəndlərin əvvəlki adları bərpa olunmalıdır. Bu gürcü xalq üçün də xeyirlidir. Milli-mənəvi, tarixi yaddaşımıza aid məsələləri həll etmək lazımdır”.
Daha sonra “Elat Mədəniyyəti bayramı”nda “Borçalı” Cəmiyyətinin üzvlərinə qurumun emblemi həkk edilən ödüllər və hədiyyələr təqdim edilib. Sonda bayram münasibəti ilə təşkil edilən konsertdə Azərbaycan və gürcü xalq mahnıları və rəqsləri nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR