Bank Of Baku

Almaniyada futbol turniri çərçivəsində Azərbaycanla bağlı təqdimat keçirilib - FOTO

Almaniyada futbol turniri çərçivəsində Azərbaycanla bağlı  təqdimat  keçirilib - <font color=red>FOTO</font>
# 27 iyul 2011 08:15 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Hamburq şəhərində bu ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin futbol komandaları arasında turnir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 16 komandanın yarışdığı turnirdə azərbaycanlılardan ibarət komanda da yarışıb. 14 illik tarixi olan bu turnirin ənənəsinə görə hər il turnir zamanı Almaniyada yaşayan bir azsaylı xalqın doğma Vətəninin təqdimatı keçirilir. Bu dəfə turnirdə Azərbaycan Respublikasının təqdimatı olub. Turnirin gedişatı zamanı Azərbaycan musiqisi səsləndirilib, Azərbaycan musiqisi və mahnılarından ibarət CD-lər təşkilatçılara və qonaqlara paylanıb, toplaşanlara Azərbaycan haqqında məlumat verilib.
Turnir zamanı Azərbaycan rəqsləri ifa olunub, qonaqlar üzərinə milli kulinariya təamları düzülmüş masaya dəvət olunublar.
Azərbaycanlılardan ibarət futbol komandası ilk oyununa başlamadan əvvəl Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR