Bank Of Baku

Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycan nar şirələri nümayiş olunub

Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycan nar şirələri nümayiş olunub
# 01 avqust 2011 13:36 (UTC +04:00)
Bakı-APA. “Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti ötən həftə ərzində Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycanda istehsal olunan nar şirələrini nümayiş etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın nar şirələrindən ibarət guşə sərgiyə gələnlərin böyük marağına səbəb olub. “Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov Azərbaycana aid stend ətrafında toplaşanlara Azərbaycan barədə məlumat verib. Yeni Zelandiya vətəndaşları ilə yanaşı sərgiyə gələn əcnəbilər Azərbaycanın nar şirələrindən dadıb və onun keyfiyyətini yüksək dəyərləndiriblər.

Sərgiyə gələnlər “Eurovision 2011” beynəlxalq mahnı yarışmasında Azərbaycanın qələbə qazanmasını Azərbaycan xalqının zəngin mədəniyyəti və incəsənətindən qaynaqlandığını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR