Bank Of Baku

Sabir Rüstəmxanlı: “Səftər Rəhimli və Mirəşrəf Fətiyevin hərəkətləri belə qənaətə gəlməyə əsas verir ki, onlar İran və Rusiya kəşfiyyatına xidmət edirlər”

Sabir Rüstəmxanlı: “Səftər Rəhimli və Mirəşrəf Fətiyevin hərəkətləri belə qənaətə gəlməyə əsas verir ki, onlar İran və Rusiya kəşfiyyatına xidmət edirlər”
# 03 avqust 2011 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Rüstəmxanlı deyib ki, DAK bütün təzyiqlərə baxmayaraq öz fəaliyyətini davam etdirir: “Birlik sözünü ortaya atan şəxslər DAK-da rəhbər vəzifədə çalışan zaman bu mövzuda bir kəlmə də olsun danışmayıblar. Onlara etimadsızlıq göstərildikdən sonra yalançı birlik ideyasını mətbuata sırımağa başlayırlar. 6 il DAK-ın sədri olmuş Cavad Derəxti tutduğu postu tərk etdikdən sonra birlik haqda fikirlər səsləndirir. Qulamrza Səbri Təbrizi isə özünü birlik ideyasının ilhamvericisi kimi aparır. Son qurultay zamanı fırıldaqçılıq və xuliqanlıq etdiyinə görə İdarə Heyətində fəaliyyəti dondurulan Fəraməz Quluzadə, Bəhruz Həqqi, o cümlədən xarici xüsusi kəşfiyyata işləyən Mirəşrəf Fətiyev kimiləri DAK-ın imicinə xələl gətirmək üçün addımlar atırlar. Səftər Rəhimli də bu xəstəliyə tutulub”.

S. Rüstəmxanlı DAK-ın Nizamnamə ilə idarə olunduğunu diqqətə çatdırıb: “Qurumun Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Səftər Rəhimli bu posta təyin olunanda dövlət qeydiyyatı məsələsini həll edəcəyinə söz vermişdi. Lakin problemi həll edə bilmədi və biz də belə qərara gəldik ki, hüquqi çəkisi olmayan, çayxana səviyyəsindən kənara çıxmayan təşkilata ehtiyac yoxdur”.

S. Rüstəmxanlı ona və quruma qarşı irəli sürülən bütün ittihamları rədd edərək, təşkilatın fəaliyyətində heç bir problemin olmadığını qeyd edib: “Səftər Rəhimlinin rəhbərlik etdiyi nümayəndəlik ləğv edilsə də, o İdarə Heyətinin üzvü olaraq qalıb. Bizim onunla bağlı başqa planımız var idi. Lakin onun və DAK-ın Rusiya Nümayəndəliyinin keçmiş rəhbəri Mirəşrəf Fətiyevin hərəkətləri bizdə belə qərara gəlməyə əsas verir ki, onlar ya bilərəkdən ya da bilməyərəkdən İran və Rusiya kəşfiyyatına xidmət edirlər”.

Konfransda danışan DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Nəzarət-Təftiş Komissiyasının üzvü Samir Adıgözəlli və digərləri baş verənlərə aydınlıq gətiriblər.

DAK-ın bununla bağlı verdiyi bəyanatda isə bildirilib ki, DAK-ın gücləndiyi, nüfuzunun artdığı, fəaliyyətinin beynəlxalq aləmə çıxdığı bir vaxtda belə addımların atılması xoş niyyətdən xəbər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR