Bank Of Baku

Səftər Rəhimli: “Sabir Rüstəmxanlının söylədiyi fikirlər əsassızdır”

Səftər Rəhimli: “Sabir Rüstəmxanlının söylədiyi fikirlər əsassızdır”
# 03 avqust 2011 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadənin bu günki mətbuat konfransında dediyi sözlər onların düşdüyü psixoloji durumun nəticəsidir”.

Bu açıqlamanı APA-ya Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan Nümayəndəliyinin sədri, DAK İdarə Heyətinin və DAK-ın birləşdirici qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Səftər Rəhimli verib. O deyib ki, Sabir Rüstəmxanlının bu gün mətbuat konfransında səslənən fikirlər əsassızdır: “Sabir Rüstəmxanlının Mirəşrəf Fətiyevlə kifayət qədər sıx əlaqələri olub. Hətta Sabir Rüstəmxanlı dəfələrlə Mirəşrəf Fətiyevin evində qonaq qalıb. Mənim isə Mirəşrəf Fətiyevlə heç bir əlaqəm olmayıb. Bu gün isə həmin adamı Rusiyanın agenti adlandırır. Bugünkü mətbuat konfransında da DAK-a aid olmayan şəxslər DAK üzvü kimi təqdim edilib”.

S. Rəhimli DAK-ın Azərbaycan nümayəndəliyi ilə əlaqədar deyilənləri isə cəfəngiyat adlandırıb: “Nümayəndəliyin fəaliyyəti fars şovinistləri ilə yanaşı İranın Azərbaycandakı səfirliyini narahat edirdi. Sabir Rüstəmxanlı güneydən olan yüzlərlə soydaşımızın DAK-ın sıralarını tərk etməsinə səbəb oldu”.

O, DAK-ın bu il qurultayının keçiriləcəyini də söyləyib: “DAK artıq birlik qurultayına gedir. DAK bu iki nəfərin timsalında birləşə bilmirdi. Artıq indiki halda münbit vəziyyət yaranıb. Bu yaxınlarda DAK-ın birlik qurultayının vaxtı dəqiqləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR