Bank Of Baku

Azərbaycan lobbiçilik fəaliyyətini gücləndirir - FOTOSESSİYA

Azərbaycan lobbiçilik fəaliyyətini gücləndirir - <font color=red>FOTOSESSİYA</font>
# 12 avqust 2011 14:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vəsaiti hesabına təhsil alan tələbələrlə bu gün keçirdiyi görüşdə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

«Şərtlərə əsasən, xaricdə təhsil alan hər bir tələbə oxuduğu şəhərdə və ya təhsil ocağında Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş təbliğat xarakterli tədbir keçirməlidir. Bunun keçirilməsi üçün ARDNŞ lazımi dəstək verir, o cümlədən tələbə tədbirin keçirilməsi üçün tələb olunan vəsaiti və təbliğat materialları ilə təmin olunur», - deyə R.Abdullayev vurğulayıb.

Neft şirkətinin prezidenti onu da bildirib ki, dövlət başçısının tapşırığı ilə Azərbaycan tələbələrinin təhsil aldığı xarici ölkələrdə tələbə konqresləri yaradılacaq. Bu konqres yalnız tələbələrdən ibarət olacaq və onların işinə səfirliklər və ARDNŞ tərəfindən dəstək göstəriləcək: «Bundan başqa, xarici ölkələrdə Azərbaycanın təbliğatını gücləndirmək, eləcə də erməni lobbiçiliyinə qarşı mübarizə aparmaq üçün ARDNŞ-da diaspora ilə iş və lobbiçilik üzrə ayrıca qurum yaradılıb. Bunun məqsədi xarici ölkələrdə, xüsusilə də Amerika və Avropada xarici lobbi təşkilatları ilə əməkdaşlığı gücləndirməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR