Moskvada Xocalı aksiyası ilə bağlı saxlanılan gənclər sərbəst buraxılıb

Moskvada Xocalı aksiyası ilə bağlı saxlanılan gənclər sərbəst buraxılıb
# 27 fevral 2019 20:25 (UTC +04:00)

Moskvada Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirməyə cəhd edərkən saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıblar.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskva Presnenski Rayon Məhkəməsi gənclərin hər birinin 10 min rubl miqdarında cərimələnməsinə qərar verilib.

Vəkil Ələkbər Qarayev ONA-ya açıqlamasında gənclər barəsində çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, dünən Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə bir qrur azərbaycanlı gənc Moskvada fləşmob etməyə cəhd ediblər. Paytaxtın mərkəzi küçələrində avtoyürüş edən Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət qruru polis saxlayaraq bölməyə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR