Bank Of Baku

“Sonsuz dəhliz” filmi İsrailin “Channel 1” kanalında nümayiş olunacaq

“Sonsuz dəhliz” filmi İsrailin “Channel 1” kanalında nümayiş olunacaq
# 03 avqust 2015 12:15 (UTC +04:00)

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Xocalı faciəsi haqqında bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası  Türkiyənin “Kanal 24”, “CNN Türk” kanalında və Albaniyanın Milli Televiziyasında da baş tutub.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR