Azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Ukraynadakı Azərbaycan icmasının fəal üzvlərindən olmuş Əhməd Məcid oğlu Səmədov 82 yaşında vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan Politexnik Universitetinin məzunu Əhməd Səmədov 1995-ci ildən Ukrayna Milli Texniki Universiteti “Kiyev Politexnik Universitetinin” geotexniki inşaat kafedrasında çalışıb, 1996-cı ildə doktorluq dissertasiyasını müdafiə edib, 1999-cu ildə isə professor adı alıb.
Əhməd Səmədov 250-dən çox məqalənin, o cümlədən 5 monoqrafiya, elmi vəsait və dərsliyin müəllifidir.
Əhməd Səmədov “Ukraynadakı Azərbaycanlı Alimlər Şurası”nın üzvü olub.