Bank Of Baku

Azərbaycanlılar Dünya Qardaşlıq Festivalında iştirak ediblər

 Azərbaycanlılar Dünya Qardaşlıq Festivalında iştirak ediblər
# 27 iyun 2014 07:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada Dünya Qardaşlıq Festivalı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, festivalda Azərbaycanı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil edib.

 

Təşkilat nümayəndələri ölkəmzin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet və suvenirlərlə zəngin stend qurublar. Stenddə Qarabağa aid kitab və rəsmlər, suvenirlər digər xalqların nümayəndələrində maraq yaradıb. Festivalda “Haaqa-Azərbaycan Məktəbi”nin kiçik şagirdlərinin milli rəqslərimizi ifa etməsi isə alqışlarla qarşılanıb.

 

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın sözlərində görə, festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətləri danışıb, onlara Qarabağ müharibəsini əks etdirən ingliscə kitablar hədiyyə olunub.

 

Festival Haaqa Şəhər Bələdiyyəsinin təşəbbüsü və Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə baş tutub.      

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR