Bank Of Baku

ABŞ-da yaşayan azərbaycanlılar Obamaya Dağlıq Qarabağla bağlı müraciət ünvanlayıblar

ABŞ-da yaşayan azərbaycanlılar Obamaya Dağlıq Qarabağla bağlı müraciət ünvanlayıblar
# 06 aprel 2016 15:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Nyu-York Assosiasiyası son günlər Ermənistanın həyata keçirdiyi hərbi təxribatlarla bağlı ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda ABŞ prezidentinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin həlak olması barədə məlumat verilib.

 

“Cənubi Qafqaz regionundakı dövlətlər sülh şəraitində yaşadığı halda, Ermənistanın bu ərazidə yaratdığı münaqişə bütün region dövlətləri üçün böyük təhdid yaradır. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan ərazisinin 20 faizinin işğal altında qalmasına  və bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə səbəb olub”, -deyə məktubda vurğulanıb.

 

Həmçinin bildirilir ki, BMT tərəfindən qəbul edilmiş 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı tələb edilsə də, işğalçı ölkə silahlı qüvvələrini zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarmır: “Beynəlxalq təşkilatlar tərəfində qəbul edilmiş qətnamələrə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. ABŞ-da yaşayan azərbaycanlılar adından Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzünü və apardığı hərbi əməliyyatları qətiyyətlə pisləyirik. ABŞ azərbaycanlıları inanır ki, ABŞ Ermənistan dövlətinin təcavüzkar siyasətini davam etdirməsinə laqeyd qalmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR