Almaniyanın Magdeburq şəhərində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq peşəkar boks gecəsi keçiriləcək. Alman-Azərbaycan mədəniyyəti Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Yaşar Niftəliyev APA-ya bildirib ki, mayın 5-də təşkil olunacaq boks gecəsində Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və Çexiyadan idmançılar qatılacaq.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə keçirilən gecəyə 22 idmançı qatılacaq”-deyə, Y. Niftəliyev bildirib.
Qeyd edək ki, Alman-Azərbaycan mədəniyyəti Cəmiyyəti tərəfindən beynəlxalq boks gecəsi 2007-ci ildən ənənəvi olaraq keçirilir.