Bank Of Baku

AMOR Moskvada Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 24-cü ildönümünü qeyd edib - FOTOSESSİYA

AMOR Moskvada Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 24-cü ildönümünü qeyd edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 oktyabr 2015 08:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 24-cü ildönümü qeyd edilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə "Moskva Hall" konsert zalında keçirilən təntənəli gecədə Azərbaycanın Rusiyadakı səfirliyinin, AMOR, Rusiya-Azərbaycan Dostluq Mərkəzi və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev Azərbaycanın Müstəqillik Gününü onlarla birgə qeyd edən hər kəsə təşəkkürünü bildirib. AMOR sədri Leyla Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdıran E. Hacıyev Rusiya və Azərbaycan gəncləri arasında olan münasibətlərdən danışıb: "Bu gün mümkün olan hər şeyi etmək lazımdır ki, Rusiya və Azərbaycan gəncliyi arasındakı münasibətlər möhkəmlənsin. Əlimizdən gələni etməliyik ki, bu münasibətlər dost və möhkəm olsun".

 

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında

Azərbaycan xalqını və tədbirdə iştirak edən azərbaycanlı gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edib: "Azərbaycana əbədi müstəqillik, xoşbəxtlik və bütün başlanğıclarda müvəffəqiyyətlər arzu edirəm. Gecədə bizimlə birgə iştirak edən Rusiya nümayəndələrinə də təşəkkürümü bildirirəm. Qoy, Rusiya-Azərbaycan əbədi dostluğu uğurlu olsun. Hər birimizin Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə töhfə verməyimizi arzulayıram".

 

Tədirdə AMOR sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “LETO AMOR-2015” fotomüsabiqəsinə də yekun vurulub. Gənclərin yaradıcı inkişafına və həvəskar fotoqrafların peşəkarlığının artmasına kömək məqsədi ilə keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Beş nominasiya üzrə (“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Flame Towers” qülləsinədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA”) elan edilən qaliblərə AMOR adından qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

 

Təntənəli gecə musiqili proqramla başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR