Bank Of Baku

Rusiyada azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı yeni cinayət işi açılıb

Rusiyada azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı yeni cinayət işi açılıb
# 09 iyun 2015 13:23 (UTC +04:00)

Amur vilayəti azərbaycanlıları konqresinin sədri Məhəmməd Əsgərovun APA-ya verdiyi məlumata görə, bir neçə azərbaycanlının güllə yarası alması ilə nəticələnən hadisəyə əvvəlcə rayon hüquq-mühafizə orqanları yanlış formada qiymət verərək, yalnız  azərbaycanlıları müqəssir bilmək istəyib.

 

O bildirib ki, vilayətdə yaşayan azərbaycanlılar adından diasporun rəsmi müraciətindən sonra iş vilayət prokurorluğuna verilib və nəticədə yeni cinayət işi qaldırılıb. M. Əsgərov mayın 9-da baş vermiş hadisənin təfərrüatını da açıqlayıb.

 

M. Əsgərov qeyd edib ki, hadisə nəticəsində yaralanan İnşallah Həsənov, Vahid Rzayev və digər həmyerlilərimizin vəziyyəti yaxşı olsa da, Sədyar Həsənov sol gözünü itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR