Bank Of Baku

Avropa azərbaycanlıları Alxanlı faciəsinə görə “Lüksemburq sarayı”ndan Ermənistanın Brüsseldəki səfirliyinə qədər yürüş edəcəklər

Avropa azərbaycanlıları Alxanlı faciəsinə görə “Lüksemburq sarayı”ndan Ermənistanın Brüsseldəki səfirliyinə qədər yürüş edəcəklər
# 07 iyul 2017 12:53 (UTC +04:00)

İyulun 14-də Brüssel şəhərində Avropa Azərbaycanlıları Konqresi tərəfindən Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq yürüş keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yürüşün keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.

Yürüş “Lüksemburq sarayı”ndan başlayaraq, Ermənistanın Brüsseldəki səfirliyinə qədər davam edəcək. Yürüşdə Ermənistan ordusunun vəhşiliyini göstərən plakatlardan istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Yürüşün keçirilməsi üçün Brüssel şəhərinin merinə, Brüssel polisinə məlumat verilib. Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb, bəyanatlar göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR