Bank Of Baku

Avropada və Qırğızıstanda yaşayan azərbaycanlılar ölkə rəhbərliklərinə və beynəlxalq təşkilatlara müraciət ediblər

Avropada və Qırğızıstanda yaşayan azərbaycanlılar ölkə rəhbərliklərinə və beynəlxalq təşkilatlara müraciət ediblər
# 07 avqust 2014 15:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla təmas xəttində törədilən təxribatçı cəhdlərin qarşısının alınması və təcavüzkar dövlətin layiqli cəzalandırılmasını tələb edən bəyanatlar veriblər. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatlar diaspor təşkilatlarının fəaliyyət  göstərdiyi ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara göndərilib.

 

Benilüks Azərbaycanlıları Konqresi Niderlandda yaşayan  soydaşlarımız adından, İsveç Azərbaycan  Federasiyası bu ölkədə yaşayan azərbaycanlılar adından ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlara ermənilərin müharibənin alovlanmasına yönələn cəhdləri barədə müraciət ünvanlayıb.

 

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası isə son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin Administrasiyasına, Baş nazir, Rumıniya Senatının prezidenti, Deputatlar Palatasının sədri, Avropa Komissiyası və BMT-nin Rumıniyadakı nümayəndəliyinə və ölkədəki nüfuzlu mətbuat orqanlarına açıq məktubla müraciət edib. Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar Almaniya Parlamentinin Vətəndaşların Şikayətləri üzrə Komitəsi, Xarici İşlər Komitəsi, Avropa Birliyi məsələləri üzrə Komitə və İnsan Haqları üzrə Komitəsinə, ATƏT-in baş ofisinə, Avropa Şurasının mətbuat xidmətinə, BMT-nin Almaniyadakı daimi nümayəndəliyinə, Avropa Birliyinin Xarici  İşlər və Təhlükəsizlik Baş İdarəsinə və Almaniyanın  Saksen-Anhalt əyalət məhkəməsinə müraciət edib.

 

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti də Danimarka parlamentinə müraciət edərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Məktub Danimarka Parlamentinin spikeri Mogens Lykketofta, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanım Mette Gjerskova və Danimarka Parlamentinin üzvlərinə ünvanlanıb.  Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti də son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına, ölkədəki tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib.

 

Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi  İdarə Heyəti üzvləri və Ağsaqqallar Şurasının ümumi yığıncağında bu ölkədə yaşayan azərbaycanlılar adından beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq siyasətini pisləyən  bəyanat ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR