Bank Of Baku

Azərbaycan diasporu Lvovda idman sarayı istifadəyə verib

Azərbaycan diasporu Lvovda idman sarayı istifadəyə verib
# 01 aprel 2015 12:47 (UTC +04:00)

Konqresdən APA-ya verilən məlumata görə, konqresin Lvov vilayəti üzrə sədri Teymur Məmmədovun rəhbərliyi ilə keçirilən açılış mərasimində deputatlar, yerli hakimiyyət nümayəndələri, Ukrayna-SOCAR şirkətinin nümayəndəsi, gənclər təşkilatlarının təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Açılışda iştirak edən Lvov vilayət radasının deputatı Andrey Karbovnik Azərbaycan diasporunun bu fəaliyyətini təqdir edib.

 

Mərasimdə bildirilib ki, Almaniyadan dəvət olunan milliyətcə azərbaycanlı məşqçilər Yusif Yusifzadə və İrac Həsənzadə yeni idman sarayında fəaliyyət göstərəcəklər. Sarayda bütün güləş və şərq əlbəyaxa idman növləri üzrə məşqlər keçiriləcək. Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin övladlarına, o cümlədən kimsəsiz uşaqlara sarayda pulsuz xidmət göstəriləcək.

 

Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, bu kimi layihələr gələcəkdə də davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR