Bank Of Baku

Azərbaycan diasporuna ağır itki üz verib

Azərbaycan diasporuna ağır itki üz verib
# 11 yanvar 2015 18:36 (UTC +04:00)

Bakı-APA. Niderlandda Azərbaycan diasporunun tanınmış nümayəndəsi vəfat edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib.

 

Ağır xəstəlikdən əziyyət çəkən G. Kazımova-Atəş bu gecə Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək dəfn ediləcək.

 

Qeyd edək ki, 1961-ci il noyabrın 8-də Bakıda anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü olub. O, Avropada azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü  ildə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyini yaradıb.

 

Azərbaycan Prezidentinin sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə və  Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, “əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb. 2014-cü ildə Haaqada yazıçının yaradıcılıq gecəsi keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR