Bank Of Baku

Azərbaycanın ABŞ-ın Nyu Meksiko ştatındakı fəxri konsulu Cənub Qaz Dəhlizi haqda çıxışlar edib

Azərbaycanın ABŞ-ın Nyu Meksiko ştatındakı fəxri konsulu Cənub Qaz Dəhlizi haqda çıxışlar edib
# 03 fevral 2015 07:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə, ölkəmizin Nyu Meksiko ştatındakı fəxri konsulu Art MakHaffi Santa Fe Beynəlxalq Münasibətlər Şurasında və Şəhər Neft Klubunda Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı önəmli rol barədə çıxışlar edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, çıxışlarda fəxri konsul Şah Dəniz-2, TAP və TANAP enerji layihələrinin önəmindən bəhs edib və bu layihələrin Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm önəmi qeyd edib. Fəxri konsul, həmçinin bu enerji kəmərlərinin iqtisadi əhəmiyyətini də diqqətə çatdırıb. O, layihənin reallaşmasında ARDNŞ və BP şirkətlərinin rolunun böyük olduğunu və layihəyə ümumilikdə 45 milyard ABŞ dolları dəyərində investisiya ayrıldığını deyib. A.MakHaffi Azərbaycan qazının Avropa üçün yeni enerji mənbəyi olacağını və bu dəhlizin keçəcəyi ölkələrin iqtisadi rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.

 

Qeyd olunub ki, A.MakHaffie çıxışında Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də dinləyiciləri məlumatlandırıb.

 

Çıxışlardan sonra fəxri konsul dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR