Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, 35-40 nəfərin iştirak etdiyi nümayişin keçirilməsində məqsəd cari ilin avqust ayının əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində baş vermiş və insan itkisi ilə nəticələnən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək olmaq və həmrəylik nümayiş etdirmək olub.
Nümayişdə “Moskva Azərbaycan cəmiyyəti”nin sədri Oqtay Hüseynov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə müavini Mircamal Rəhimli, sədrin müşaviri Kənan Qəribov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə köməkçisi Əliş Kərimov, cəmiyyətin Moskva şəhərinin şimal-qərb inzibati dairəsi üzrə şöbəsinin rəhbəri Məhəmməd Rəfiyev, cəmiyyətin fəalı Musa Musayev və “Lider” televiziya kanalının Rusiya üzrə müxbiri Anar Həsənov çıxış edib.
Çıxışlarda son günlər cəbhə bölgəsində yaranmış gərgin vəziyyətin dözülməz olduğu qeyd olunub. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyinin vacibliyi vurğulanaraq, səfərbərlik elan ediləcəyi təqdirdə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad etmək üçün tam hazır olduqları bildirilib. Həmçinin çıxışlarda ehtiyac olacağı halda daha çox azərbaycanlının nümayişdə iştirak edə biləcəyinin mümkün olduğu da qeyd olunub.
Daha sonra nümayiş iştirakçıları məzuniyyətdə olan səfir Polad Bülbül oğlu ilə razılaşdırılaraq səfirliyə dəvət edilib və burada çay süfrəsi təşkil olunub. Həlak olmuş Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutlə yad edilib.
Səfirliyin müşavir-elçisi Asəf Mehdiyev çıxış edərək Azərbaycan diaspor üzvlərinə səfirin salamlarını və Azərbaycan dövləti və Prezidentinə dəstək məqsədi ilə irəli sürülmüş təşəbbüslərinə görə minnətdarlığını çatdırıb. Müşavir-elçi bütün dünyada, o cümlədən Rusiyadakı Azərbaycan diasporunun artan gücünü qeyd edib, onun Azərbaycan Prezidenti və dövləti ətrafında sıx birləşdiyini vurğulayıb. Həmçinin Asəf Mehdiyev Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll olunması istiqamətində gördüyü işlərdən söhbət açıb.
Tədbirin sonunda iştirakçılar səfirliyin nümayəndəsinə Moskva şəhərində yaşayan və səfərbərliyə hazır olan 500-dən artıq azərbaycanlı könüllünün siyahısını təqdim ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında qoşunların təmas xəttindəki hadisələrlə bağlı dinc nümayiş keçirilib
Xəbər Lenti
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO