Bank Of Baku

Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib
# 13 may 2015 13:41 (UTC +04:00)

Bakı – APA. Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri, Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatın həmtəsisçisi Arif Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyev təhsil sahəsinin inkişafına verdiyi töhfəyə və yüksək peşəkarlığına görə "Ukraynanın əməkdar təhsil işçisi" fəxri adına layiq görülüb. 

 

Qeyd edək ki, hüquq elmləri doktoru A. Quliyevin Azərbaycanın dövlət və diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük təcrübəsi var. O, terrorizmə qarşı mübarizənin beynəlxalq hüquqi tənzimi mexanizmlərinin və prezidentlik təsisatının kompleks tədqiqi, terrorizmə qarşı mübarizədə prezidentlik təsisatının fəallaşdırılması modellərinin milli xüsusiyyətlərinin və səciyyəvi cəhətlərinin araşdırılması, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi mövzusunda bir sıra elmi əsərlərin müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR