Bank Of Baku

Azərbaycanlı diaspor rəhbəri Moskvada Rus Pravoslav kilsəsinin ordeninə layiq görülüb

Azərbaycanlı diaspor rəhbəri Moskvada Rus Pravoslav kilsəsinin ordeninə layiq görülüb
# 18 fevral 2015 08:06 (UTC +04:00)

Bakı - APA. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayət bölməsinin sədri, “Günay” İstehsalat-Kommersiya Firmasının rəhbəri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən Rus Pravoslav kilsəsinin III dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeninə layiq görülüb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ordeni Krutitsa və Kolomna mitropoliti Yuvenali mömin knyazlar Pyotr və Fevroninin şərəfinə Domodedovo şəhərində inşa edilən kilsədəki mərasim zamanı təqdim edib.

 

Krutitsa və Kolomna mitropoliti Yuvenali yüksək ordeni təqdim edərək, məbədlərin tikintisində və bərpasında iştirak etdiyinə, Moskva vilayətinin Domodedovo şəhərinin inkişafına və abadlaşdırılmasına, habelə Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Ə.Rəhimova şəxsən öz adından, Moskva və bütün Rusiya patriarxı adından minnətdarlığını bildirib.

 

Ə.Rəhimovdan başqa, “Günay” şirkətinin baş direktorunun müavini V.İ.Karamnov, kilsənin tikintisində yaxından iştirak edən şirkətin digər nümayəndələri də kilsə mükafatlandırılıb və Moskva Yeparxiya İdarəsinin fəxri fərmanlarına layiq görülüblər.

 

Domodedovo şəhər dairəsinin başçısı Leonid Kovalevski, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, ÜAK-ın Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev və başqaları mərasimdə çıxış edərək yerli sakinləri yeni kilsənin açılışı münasibətilə təbrik ediblər.

 

Qeyd edək ki, soydaşımız Ə.Rəhimovun rəhbərlik etdiyi “Günay” firması Moskva vilayətində aparıcı və etibarlı tikinti şirkətlərindən biri sayılır. Şirkət eyni zamanda maarifləndirmə və xeyriyyəçilik fəaliyyətinə də xüsusi diqqət ayırır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR