Bank Of Baku

Azərbaycanlılar Kanada parlamenti qarşısında aksiya keçirib - FOTO

Azərbaycanlılar Kanada parlamenti qarşısında aksiya keçirib - <span style="color: red;">FOTO
# 23 fevral 2015 11:15 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA – ya verilən məlumata görə, Vaterloo və Toronto Universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak edib.

Aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr “Xocalıya ədalət!” şüarları səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəasitlər paylayıb. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR