Bank Of Baku

Ukraynanın Jitomir şəhərində "erməni soyqırımı" abidəsinin qoyulmasına imkan verilməyib

Ukraynanın Jitomir şəhərində "erməni soyqırımı" abidəsinin qoyulmasına imkan verilməyib
# 14 mart 2016 12:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Jitomir şəhərinin mərkəzində uydurma "erməni soyqırımı" abidəsinin ucaldılmasının qarşısı alınıb. 

 

Jitomir vilayəti Azərbaycanlıları Həmrəylik Konqresinin sədri İlqar Məmmədov APA-ya bildirib ki, məsələ ilə bağlı şəhər merinin müavini və şəhər İcraiyyə Komitəsinin bir üzvü, eləcə də erməni icmasının 2 rəhbəri barədə etnik qarşıdurmaya cəhd ittihamı ilə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təhqiqata başlanıb.

 

İ. Məmmədov deyib ki, vilayətdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə etnik azlıqları təmsil edən təşkilatların Təhlükəsizlik Xidmətinə birgə müraciətindən sonra araşdırma aparılmasına qərar verilib. Jitomir vilayəti erməni icmasının sədr müavinləri Vage Petrosyan, Sarkis Marikrosyan, şəhər İcraiyyə Komitəsinin üzvü Natalya Volnets, şəhər merinin müavini Aleksey Yasyuntsiki nəzarətə götürülüb, onların şəhərdən çıxışlarına qadağa qoyulub. Hər iki vəzifəli şəxsin ermənilər tərəfindən pul müqabilində ələ alındığı və nəticədə onların şəhərin mərkəzində uydurma "soyqırım"a heykəl qoyulması ilə bağlı layihəyə ilkin icazə verdikləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR