Bank Of Baku

Belarusdakı Azərbaycan diaspor təşkilatı Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına etiraz edir

Belarusdakı Azərbaycan diaspor təşkilatı Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına etiraz edir
# 06 aprel 2017 12:43 (UTC +04:00)

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlarla əlaqədar narahatlığını ifadə edən bəyanat yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır.

 

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, ÜAK 10 ildən artıqdır iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. “Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir. Digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətlərimiz var və birlikdə çox sayda aksiya və tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”, - deyə bəyanatda bildirilir.

 

“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR