Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Böyük Britaniya Parlamenti İcmalar Palatasının Enerji və İqlim dəyişiklikləri Komitəsinin üzvü Kristofer Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir.
K. Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistlərinə açıqlamasında bunları deyib: “Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkdik. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya Parlamentində məsələ qaldıracağıq”.
AAC tərəfindən təşkil edilmiş