Bank Of Baku

Üç nəfər “Dostluq” ordeni ilə təltif edilib

Üç nəfər “Dostluq” ordeni ilə təltif edilib
# 28 dekabr 2017 12:19 (UTC +04:00)

Prezident İlham Əliyev Darxan Kyandıkulı Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, D.K.Kıdırəli Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamları ilə Robert Viktoroviç İlatov Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə, Marianna Vardinoyannis isə Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR