Bank Of Baku

Dövlət Komitəsi Avropada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşlərə başlayıb - FOTO

Dövlət Komitəsi Avropada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşlərə başlayıb - <span style="color: red;">FOTO
# 31 may 2014 08:30 (UTC +04:00)

Frankfurt. Mübariz Aslanov - APA. Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşlərə və birgə müzakirələrə start verilib.

 

APA-nın məlumatına görə, ilk görüş Frankfurtda Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları ilə baş tutub.

 

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan görüşdə Almaniyanın müxtəlif əyalətində fəaliyyət göstərən Azərbaycan icmalarının rəhbərləri toplaşıb.

 

Görüş zamanı komitənin Avropa regionu üzrə şöbə müdiri İlham Məmmədov bildirib ki, məqsəd diaspor təşkilatları qarşısında qoyulan vəzifələri müzakirə etmək, fəaliyyətdə yeni bir mərhələyə start verməkdir: “Gələn il qondarma “erməni soyqırımı”nın 100 illiyi və Bakıda keçiriləcək il I Avropa Oyunları ilə bağlı Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük vəzifə düşür. Biz bunlara indidən hazır olmalıyıq”.

 

İ.Məmmədov bildirib ki, Azərbaycan diaspor təşkilatları qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistan diaspor təşkilatlarının təbliğatına qarşı əks-fəaliyyətə başlamalıdır: “Eyni zamanda Azərbaycanı sevməyən qüvvələrin I Avropa Oyunları zamanı ölkəmizə qarşı qara piar kampaniyasının qarşısı Azərbaycan diaspor təşkilatları tərəfindən alınmalıdır”.

 

Komitənin Aparat rəhbəri Nəriman Qurbanov deyib ki, yeni mərhələnin əsas şərtlərindən biri Azərbaycan diasporunun dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməsidir: “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının regional koordinasiya mərkəzləri yaradılır. Artıq Almaniya və Ukraynada Azərbaycan diaspor təşkilatları ilə birgə bu mərkəzlərin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, yaxın zamanlarda 8 ölkədə bu mərkəzlərin yaradılması gözlənilir ki, bu da bizim diaspor hərəkatımızda yeni güclü təkana səbəb olacaq”.

 

Avropa Azərbaycanlıları Konqresinin sədri Samirə Patzer-İsmayılovanın sözlərinə görə, bəzi Avropa ölkələrində Azərbaycana qarşı ikili standartlarla bağlı diaspor təşkilatları işi elə qurmalıdır ki, effektiv nəticələr olsun. Bununla bağlı o, komitəyə bir sıra konkret təkliflərini təqdim edib.

 

Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür qeyd edib ki, Azərbaycan diaspor təşkilatlarının Avropadakı siyasi partiyalarda iştirakı çox vacibdir.

 

Almaniya-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədri Rasim Sadıqov isə alman gəncləri ilə aktiv iş görmək üçün yeni təkliflər irəli sürüb.

 

Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, Almaniyanın 16 federal subyektinin bəzilərində Azərbaycanın diaspor təşkilatları hələ də yoxdur: “Halbuki o regionlarda güclü elektoratlara ehtiyac var. Biz bütün regionlarda təmsil olunmağa çalışmalıyıq”.

 

Almaniya-Azərbaycan Gənclər Birliyinin sədri Elnur Rixter azərbaycanlı gənclərin diaspor fəaliyyətləri və qarşılaşdığı problemlərdən danışıb.

 

Almaniyada Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev yerli media ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, öz təkliflərini təqdim edib.

 

Müzakirələrdə o da təklif olunub ki Almaniya və Azərbaycan arasında şagird mübadilələri aparılsın. Komitənin Aparat rəhbəri N.Qurbanov bildirib ki, bu məsələ artıq qeydə alınıb və bununla bağlı müvafiq qurumlara müraciət ediləcək.

 

Daha sonra müzakirələr qapalı keçirilib.

 

Sonda bildirilib ki, Dövlət Komitəsi tərəfindən bütün təkliflər qeydə alınıb və yaxın günlərdə yekun rəsmi qərar verilərək təkliflərlə bağlı fəaliyyətə başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR