Paşha Bank
Bank Of Baku

Fransada Azərbaycanın Dostları Assosiasiyası və ölkədəki azərbaycanlılar Alxanlı hadisəsi ilə bağlı bəyanat yayıblar

Fransada Azərbaycanın Dostları Assosiasiyası və ölkədəki azərbaycanlılar Alxanlı hadisəsi ilə bağlı bəyanat yayıblar
# 05 iyul 2017 16:50 (UTC +04:00)

silahlıları tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində din sakinlərin artileriya atəşinə tutması ilə bağlı bəyanat yayıb. Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva APA-ya bildirib ki, bəyanatlarda Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alıxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşı tamam olmamış körpənin ölümü ilə nəticələnən dinc əhaliyə qarşı hərbi hücum qətiyyətlə pislənib.

 

Assosiasiya rəhbəri, Fransa parlamentinins abiq deputatı Jan-Fransua Manselin adından yayılmış bəyanatda təşkilatın ermənilərin açdığı atəş nəticəsində ölənlərin yaxınlarına başsağlığı verilir: “Ermənilərin mülki əhaliyə və infrastruktura qarşı birbaşa və qəsdən hücumları beynəlxalq hüquq və insan haqları normalarının, xüsusilə 1949-cu ilin Cenevrə Konvensiyasının və uşaqların haqları üzrə Konvensiyanın kobudcasına pozulmasıdır. Assosasiya münaqişəsinin həllinin uzadılmasına görə təəssüflənir. Mövcud status-kvo isə yalnız faciəli nəticələrə gətirib çıxara bilər”-deyə, Jan-Fransua Mansel bildirir. Assosasiya dünya dövlətlərini insidentə operativ reaksiya verməyə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hörmət göstərməyə çağırır, münaqişənin tezliklə həllini, regionda sülh tələb edir.

Paris Azərbaycan Evinin bəyanatı isə Avropa Şurasının baş ofisinə, o cümlədən Fransanın bütün müvafiq dövlət qurumlarına göndərilib, məsələyə hüquqi qiymət verilməsində kömək istənilib. 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR