Bank Of Baku

Gürcüstan prezident administrasiyası azərbaycanlıların dövlət dilini öyrənmələri üçün kurslar açır

Gürcüstan prezident administrasiyası azərbaycanlıların dövlət dilini öyrənmələri üçün kurslar açır
# 18 mart 2015 15:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan prezident administrasiyasının dəstəyi ilə aprel ayından başlayaraq azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində dövlət dilini öyrətmək üçün pulsuz kurslar fəaliyyətə başlayacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi deyib.

 

S. Şamanidi bildirib ki, prezident administrasiyası etnik azlıqların gürcü dilini daha dərindən öyrənməsi üçün müxtəlif planlar hazırlayıb: "Biz çalışırıq ki, azərbaycanlılar, eləcə də bölgədə yaşayan digər azlıqlar dövlət dilini mükəmməl öyrənsinlər. Bu, onların Gürcüstanın dövlət strukturlarında və müxtəlif idarələrdə çalışması üçün müsbət bir addımdır. Biz həmçinin dil öyrənmək istəyən şəxsləri dərsliklər və müxtəlif dəftərxana ləvazimatları ilə təchiz edəcəyik və sonda kursların məzunları sertifikat alacaqlar."

 

Kurslar bölgədə yaşayan etnik azlıqlar üçün nəzərdə tutulub və aprelin 2-dən fəaliyyətə başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR