Bank Of Baku

Gürcüstanın elm və təhsil naziri Marneuliyə səfər edib

Gürcüstanın elm və təhsil naziri Marneuliyə səfər edib
# 12 may 2015 08:28 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Mayın 11-də Gürcüstanın elm və təhsil naziri Tamar Sanikidze Kvemo Kartli bölgəsinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd Marneulidə fəaliyyət göstərən bütün məktəblərdə Təhsil Nazirliyinin mandatur xidmətinin yeni təyin edilən əməkdaşları ilə (nizam-intizama nəzarət edən şəxslər) görüşmək olub.

 

T. Sanikidze Marneulinin 6 nömrəli ictimai məktəbinə yeni təyin olunmuş mandaturlarla görüşüb və təhlükəsiz, sağlam məktəb konsepsiyası çərçivəsində mandaturların üzərinə düşən vacib funksiyalardan danışıb: “İlk mərhələdə nazirliyin işçiləri olan mandaturlar tərəfindən Gürcüstan üzrə 409 ictimai və 3 özəl məktəbdə, 2 peşəkar tədris və 1 ali təhsil müəssisəsində nizam-intizama nəzarət olunacaq. Məktəblərimizdə fəaliyyət göstərən mandatur xidməti daim beynəlxalq təcrübə və yerli tələbləri nəzərə alacaq, təkmilləşdirmə kursları keçəcəklər”.

 

Təhsil və elm naziri qeyd edib ki, Kvemo Kartlinin digər gürcü və Azərbaycandilli məktəblərində də mandatur xidməti həyata keçiriləcək.

 

Tədbirdə bildirilib ki, mandatur xidmətinin fəaliyyətə başlaması nəticəsində məktəblərdə ötən il ilə müqayisədə törədilən cinayətlərin sayı 21% azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR