Bank Of Baku

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi bəzi xarici təşkilatların Azərbaycana qarşı mövqeyine etiraz edir

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi bəzi xarici təşkilatların Azərbaycana qarşı mövqeyine etiraz edir
# 17 iyun 2015 15:21 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Avropada bir sıra təşkilatlar tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər Bakı-2015 Birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib: “Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edir. Bu təşkilatların  fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirir. Təşkilat üzvləri belə qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi qiymətləndirir. Onlar hesab edir ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vurur. Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türk diasporu dəstəkləyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR