Bakı. Mübariz Aslanov – APA. Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının təşəbbüsü ilə Ermənistanın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları “ Qarabağ Azərbaycanındır!” , “Qarabağ bizimdir!“ Ermənilər, Qarabağdan rədd olun!” kimi şüarlar səsləndiriblər. Onlar əllərində 3 dildə (Azərbaycan, Ukrayna və ingilis) “Erməni aqressiyasına son!” , “Mən Qarabağa - evimə qayıtmaq istəyirəm!” plakatları tutublar. Mitinqdə çıxış edən gənclər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə dəstəklərini ifadə ediblər .