Bank Of Baku

Krımda öldürülən azərbaycanlı tələbə ilə bağlı istintaq yekunlaşıb, maraqlı faktlar üzə çıxıb

Krımda öldürülən azərbaycanlı tələbə ilə bağlı istintaq yekunlaşıb, maraqlı faktlar üzə çıxıb
# 30 avqust 2017 11:09 (UTC +04:00)

Krımın Simferepol şəhərində bir il əvvəl öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyev ilə bağlı istintaq yekunlaşıb, faktla bağlı ilginc faktlar üzə çıxıb. İstintaqın yekunla bununla bağlı bu günlərdə Simferepolda olan mərhumun qardaşı Kamil Səfərəliyev APA-ya açıqlama verib.

O bildirib ki, iş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə yekunlaşıb. İşin yekunlaşaraq məhkəməyə göndərildiyini deyən K. Səfərliyev qeyd edib ki, gələn ay ilk məhkəmə iclasının keçirilməsi gözlənilir. O hadisə ilə bağlı aşkar olunan ziddiyyətli məqamlardı da açıqlayıb: “Əvvəla qətli törədərək saxlanılan şəxs İran yox, İraq vətəndaşı olan tələbə olub. Adı da Məhəmməd Şah yox, Əl Şərofi Heydər Cəlal Əlidir. Digər məqam isə məhkəmə tibbi ekspertizasının rəyində həkimlərin qardaşımın öldürülməsi zamanı istifadə olunan bıçaqda guya həmin şəxsin əl izinin aşkar olunmamasıdır. Bu olduqca ziddiyyətli rəydir. Halbuki hadisə vaxtı iraqlı saxlanılan zaman qardaşımın qanı da onun həmən vaxt əynində olan hamam xələtinin üzərinə sıçramışdı. Qatil də saxlanılan zaman üzərindəki qanın əvvəlcə özünün olduğunu, sonra isə guya üzərində qan olmadığını dəyişik ifadələrlə bildirməsi və belə də qeydə alınması da bizi narahat edir. Bizə çatan məlumata görə qardaşımı öldürən qatil və ya adamları istintaqın gedişinə müdaxilə edərək cəzadan maksimum yayınmaq istəyirlər. İraqlı tələbə maddi cəhətdən geniş imkana malikdir və tələbə vaxtı lüks həyat tərzi ilə fərqlənib”. Mərhumun qardaşı həmçinin qeyd edib ki, hazırda məhkəmə prosesini və nəticəni gözləyirlər, buna görə addım atacaqlar.

Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da Krım Federal Universitetinin Hüquq fakültəsinin magistratura pilləsinin birinci kursunda təhsil alan azərbaycanlı tələbə Məhəmməd Səfərəliyev eyni yataqxanada qaldığı əcnəbi tələbə tərəfindən arxadan vurulan bıçaq zərbəsi nəticəsində öldürülüb. Yerli mətbuat həmin ərəfədə yerli orqanlara istinadən onu vuranın İran vətəndaşı Məhəmməd Şah olduğunu bildirmişdi. Şahidlərin bildirdiyinə görə hadisəyə səbəb iraqlı tələbənin azərbaycanlı tələbənin otağını zəbt etməsi və bunun üstündə düşən mübahisə, ardınca isə əlbəyaxa dava olub. Mübahisə ilə bağlı yenə yataqxanada növbəti təyin olunan görüşdə qarşı tərəf qəflətən azərbaycanlı tələbəyə arxadan bir neçə dəfə bıçaqla zərbə endirib. Həmyerlimiz aldığı ağır xəsarətdən yerindəcə keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR