Bakı. Mәlahәt Nәcәfova - APA. “Azәrbaycan әsrlәr boyu müxtәlif formasiyalarda yaşamasına baxmayaraq, ölkәdә yәhudilәrә qarşı hәmişә qardaşlıq münasibәti olub”. APA-nın mәlumatına görә, bu sözlәri Diasporla İş üzrә Dövlәt Komitәsinin sәdri Nazim İbrahimov Azәrbaycanda sәfәrdә olan Amerika Yәhudi Komitәsinin icraşı direktoru Devid Harisin başçılıq etdiyi nümayәndә heyәti ilә görüşündә deyib.
N. İbrahimov xatırladıb ki, hәtta Devid Haris özü dәfәlәrlә bәyan edib ki, ABŞ-da belә antisemitizm halları baş verdiyi halda, Azәrbaycan yәhudilәrә münasibәt dәyişmәyib: "Azәrbaycanın haqq sәsinin dünyaya çatdırılmasında, Azәrbaycan-ABŞ, Azәrbaycan-İsrail münasibәtlәrinin inkişafında komitәnin rolu böyükdür. Komitənin әsas vәzifәlәrindәn biri dünya yәhudilәrinin durumunun inkişafı, problemlәrlә üzlәşmәmәsidir. Azәrbaycanda әsrlәr boyu yaşayan yәhudilәrә münasibәdә bir dәfә dә olsun antisimetizm halları baş vermәyib. Azәrbaycan nәinki burada, o cümlәdәn İsraildә yaşayan 100 min Azәrbaycan yәhudi icması ilә fәxr edir. Onlar İsrailin ictimai siyasi hәyatında da böyük rol oynayır".
Nazim İbrahimov Azәrbaycana qarşı ikili standartların aradan qaldırılmasında, Azәrbaycan hәqiqәtlәrinin dünyaya düzgün çatdırılmasında dostların yardımına ehtiyac olduğunu söyləyib.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Haris bildirib ki, tәmsil etdiyi qurum Azәrbaycanın İsraillә münasibәtlәrinin dәyәrini vә tolerant ölkә kimi әhәmiyyәtini anlayır: “Azәrbaycanın ABŞ üçün nә dәrәcәdə strateji әhәmiyyәtә malik olması, İsraillә dәrin münasibәtlәri, Azәrbaycanın dünya enerji tәhlükәsizliyindә rolu ABŞ-da kifayәt qәdәr tәbliğ olunmur. Biz bunu tәbliğ etmәliyik”.
Qonaq azәrbaycanlı dini liderlәrin ABŞ-a sәfәrinin әhәmiyyәtini vurğulayıb.