Bank Of Baku

Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb

Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb
# 14 mart 2016 15:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  N. İbrahimov bu cür görüşlərin artıq ənənəvi hal aldığını, onların Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın göstəricisi olduğunu bildirib.

 

O qeyd edib ki, Amerika Yəhudi Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir. Komitə sədri qonaqları Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumu ilə bağlı məlumatlandırıb, bir çox məsələlərin müzakirəsi üçün siyasi müstəviyə çevrilən bu Forumda dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin iştirak etdiyini vurğulayıb.

 

Amerika Yəhudi Komitəsinin icraçı direktoru isə Azərbaycana səfərindən məmnun olduğunu qeyd edib. O, IV Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. D. Harris Amerika Yəhudi Komitəsinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

 

Görüşdə həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin icraçı direktoru D.Harrisin rəhbərliyi ilə 7 nəfərlik nümayəndə heyəti martın 13-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR