Bank Of Baku

Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
# 25 oktyabr 2016 17:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yunanıstan prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrionu qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

 

P. Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib.

 

Yunanıstan prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) fəaliyyətini təqdir edərək əməkdaşlığın vacibliyini vurğulayıb. P. Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Foruma dəvət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR