Bank Of Baku

Norveç parlamenti qarşısında Xocalı aksiyası keçirilib

Norveç parlamenti qarşısında Xocalı aksiyası keçirilib
# 27 fevral 2015 12:33 (UTC +04:00)

Bakı - APA. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveç parlamenti - Stortingetin binası qarşısında Xocalı soyqırımı qurbanlarını anma aksiyası keçirib.

 

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, tədbirdə Norveçdə yaşayan azərbaycanlılar faciə qurbanlarının xatirəsi yad edərək, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışıblar.

 

Aksiyanın sonunda Xocalı faciəsinin soyqırım kimi tanınması, hadisəyə hüquqi və siyasi qiymət verilməsi, səbəbkarların cəzalandırılması tələbi əks olunmuş müraciət qəbul olunub. Müraciət Norveç parlamentinin sədrinə və parlamentinin hüquq komitəsinə təqdim edilib.

 

Parlamentin qarşısındakı piketdən sonra aksiya iştirakçıları ”Xocalıya ədalət!” şüarı səsləndirərək, Oslonun mərkəzi küçəsi ilə yürüş ediblər. Aksiyada Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin əməkdaşlıq etdiyi türk, çeçen icmalarının nümayəndələri və azərbaycanlıların dostu olan norveçlilər də qatılıb.

 

Aksiyanın iştirakçıları yerli sakinlərə Xocalı soyqrımı və erməni vəhşilikləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların əks olunduğu vərəqə və broşürlar paylayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR