Bank Of Baku

Norveçin sabiq baş naziri: "Azərbaycanda 2016-cı ilin mədəniyyətlərarası dialoq ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir"

Norveçin sabiq baş naziri: "Azərbaycanda 2016-cı ilin mədəniyyətlərarası dialoq ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir"
# 10 mart 2016 11:30 (UTC +04:00)

 
Bakı. Məlahət Nəcəfova - APA "Ölkələr və mədəniyyətlər arasında əməkdaşlığın və əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, Bakı bu cür əməkdaşlığın qurulması üçün mərkəzə çevrilib, öz təcrübə və biliklərini bu istiqamətə yönəldir". 
 
APA-nın məlumatına görə, bunu Norveçin sabiq baş naziri Harlem Brundtland jurnalsitlərə açıqlamasında deyib. 
 
O bunun qlobal əməkdaşlıq olduğunu və dünyanın bütün hissələrini əhatə etdiyini qeyd edib: "Biz Bakıda yeni təcrübə və biliklər əldə edirik. Azərbaycanda 2016-cı ilin mədəniyyətlərarası dialoq ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir. Multikultural dünya gələcək nəsillər üçün yaxşı imkanlar açır. Mən Azərbaycanı bu cür təşəbbüs göstərməsi münasibətilə təbrik edirəm. Bu təşəbbüs bizə lazım olan multikultral dünyanı irəli aparmağa öz töhfəsini verəcək".  

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR