Bank Of Baku

Qaqauz Yerinin başqanı Qənirə Paşayevanı medalla təltif edib - FOTO

Qaqauz Yerinin başqanı Qənirə Paşayevanı medalla təltif edib  - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 10:54 (UTC +04:00)

Bakı - APA. Moldova Respublikasının Qaqauz Yeri Muxtar Respublikasının başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin başçısı Qənirə Paşayeva muxtar respublika başçısı tərəfindən medalla təltif edilib.

APA-nın xəbərinə görə, medalı Qənirə Paşayevaya təqdim edən M.Formuzal “...uzun illərdir tanıdığım Azərbaycanlı bacımızı burada görməkdən çox şadıq” deyib, onu bu medalla təltif etməkdən və medalı şəxsən təqdim etməkdən son dərəcə məmnun olduğunu bildirib.

Millət vəkili Q.Paşayevanın Qaqauz Yeri və Qaqauz türklərinə böyük sevgi ilə yanaşdığını deyən M.Formuzal onun hər zaman könüllü bir elçi kimi Qaqauz Yerinin və qaqauzların hər yerdə daha geniş tanınmasına, tanıdılmasına dəstək verdiyini deyib. Bir azərbaycanlı millət vəkilinin, QHT başçısı və ziyalısının Qaqauz Yerinə, qaqauzlara, ümumən Türk Dünyasına sevgisini, diqqətini təsadüfi saymayan Qaqauz lideri bunun tarixi və siyasi əsaslarının olduğuna diqqət çəkib. Azərbaycanın ümummilli lideri, Türk Dünyasının birliyi yolunda böyük işlər görmüş Heydər Əliyevin hər zaman Qaqauz Yeri və Qaqauz türklərinə böyük dəstək verdiyini xatırladan M.Formuzal bu siyasətin Azərbaycan Prezidenti və Qaqauz türklərinin əziz qardaşı və dostu İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən məmnunluğunu bildirib.

Belə bir yüksək təltifin - medalın onun üçün böyük bir sürpriz olduğunu deyən millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin başqanı M.Formuzala və bütün Qaqauz türklərinə öz təşəkkürünü bildirib: “Qaqauz qardaş-bacılarım bu günə qədər olduğu kimi, bundan sonra da məni özlərinin könüllü elçilərindən biri bilsin. Bu medalı gözəl duyğularla daşıyacağam”. O, Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı yazdığı tanıtım kitabını bu ilin dekabr ayında tamamlayacağını və Qaqauz türkləri üçün önəmli bir tarixi gün olan 23 dekabrda təqdim etməyi düşündüyünü deyib. Kitabın həm Azərbaycan, həm də Türkiyə türkcəsində nəşr olunacağını deyib. O bildirib ki, Karabük televiziyasının rəhbəri və jurnalist Şükrü Gökkaya ilə birlikdə hazırladıqları və başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən dəstəklənən Qaqauz Yerinin və Qaqauz türklərinin tarixi, mədəniyyəti ilə gözəl şəkildə tanıdan sənədli film də dekabrda hazır olacaq, habelə filmin Azərbaycan və Türkiyədə təqdimatı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR