Bank Of Baku

Qırğızıstan prezidenti və Malta baş naziri gələn ay Azərbaycana səfər edəcəklər

Qırğızıstan prezidenti və Malta baş naziri gələn ay Azərbaycana səfər edəcəklər
# 12 mart 2015 11:34 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onların aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır.

 

A. Atambayev və C. Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra görüşləri də gözlənilir.

 

Qeyd edək ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən sabiq və hazırkı dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər və alimlər olmaqla, 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub. Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR