Bank Of Baku

Azərbaycanlı Araz Mürsəliyev Rusiya Dövlət Dumasında Ekspertlər Şurasının üzvü seçilib

Azərbaycanlı Araz Mürsəliyev Rusiya Dövlət Dumasında Ekspertlər Şurasının üzvü seçilib
# 02 iyul 2015 14:53 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Xalqlar Dostluğu” Fondunun təsisçisi və rəhbəri, “Günay” kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, Dumanın Milli Məsələlər üzrə katibi, professor Hacımet Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub.

 

Azərbaycan diasporunun fəal nümayəndələrindən biri A. Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR