Moskva.Fərid Əkbərov – APA. Rusiyada nəşr olunan “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov vəzifəsindən istefa verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə R. Arifcanov “Azərbaycan Konqresi” qəzetinin bu gün nəşr olunan sayındakı köşəsində yazıb.
O, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rəyasət Heyətinin və “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvlüyündən də getdiyi açıqlayıb.