Bank Of Baku

Sabir Rüstəmxanlı: "Vətəndən qaçıb, xaricdə dövlətini təhqir edənlərlə ciddi mübarizə aparılmalıdır”

Sabir Rüstəmxanlı: "Vətəndən qaçıb, xaricdə dövlətini təhqir edənlərlə ciddi mübarizə aparılmalıdır”
# 27 fevral 2018 15:19 (UTC +04:00)

“Azərbaycan diasporu vətənindən qaçıb, gedib xaricdə dövlətini, onun atributlarını təhqir edənlərlə ciddi mübarizə aparmalıdır”.

 

APA-nın məlumatına görə, bunu xalq şairi Sabir Rüstəmxanlı Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən növbədənkənar qurultayında bildirib. O deyib ki, Azərbaycandan xaricə gedib müxalif fikirlərini təhqirlə ifadə edənlər öz kökünə hörmətsizlik edir: “Diaspor işinə diplomatların da dəstək verməsi, diqqət göstərməsi çox vacibdir”.

 

S. Rüstəmxanlının fikrincə, Niderland parlamentinə “erməni soyqırımı”nın yalançı olduğunu sübüt edən faktlar əsasında müraciət edərək əsl soyqırımın Qarabağda, xüsusən də Xocalıda törədildiyini bildirmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR